Duna International College - campus reception
Duna International College Budapeştin mərkəzində, Dunayın Buda tərəfindəki sahilində yerləşir. Şəhərin hər bir yerindən ictimayi nəqliyyatla kollecə çatmaq çox asandır.

Budapeştə gələn əcnəbi tələbələrə kollecin yataqxanasında qalmaq təklif olunur. Hər tələbə üçün yataqxanada qalmaq üçün aylıq ödəniş tək nəfərlik otaq üçün 300 avro, iki nəfərlik otaq üçün isə hərəyə 225 avro təşkil edir.

Yataqxananın üstünlükləri və təklif etdiyi imkanlar:
- Hər həftə təmizlik xidməti;
- İnternetə daxil olmaq üçün yüksək sürətli simsiz internet;
- Hər həftə yataq dəstinin dəyişdirilməsi;
- Tələbə yeməkxanası;
- Pulsuz camaşırxana xidməti;
- Münasib ictimai şəhər nəqliyyat yollarında yerləşməsi;

Kollec yataqxanada deyil, mənzil kirayələmək istəyən tələbələrə onların istəyinə uyğun yaşayış yerlərinin tapılmasında köməklik göstərir. Budapeştdə şəhərin yaxşı yerində kommunal xidmətləri daxil olmaqla aylıq kirayə haqqı 300-500 avro arasında dəyişir. Əgər 2-3 tələbə eyni evdə müxtəlif otaqları kirayəyə götürərsə, hərəyə düşən aylıq kirayə haqqı daha aşağı olur.