Class in Duna International College
Duna International College
yalnız ali məktəblərə 1 və ya 2 semestrlik hazırlıq (foundation) proqramları təklif edir. Bu hazırlıq proqramlarında təhsil alan əcnəbi tələbələr gələcək dərəcə proqramlarına (bakalavr, magistratura, dokturantura) tam hazırlanırlar və asanlıqla Macarıstan, Slovakiya, ABŞ, Kanada və Böyük Britaniya ali məktəblərinə qəbul olurlar.

Təklif olunan proqramlar:

1. DRC Proqramı (Macarıstan və Slovakiyada təhsil almaq üçün)
DRC kursları ilə siz Macarlstanda və Slovakiyada təhsil almaq imkanı əldə edəcəksiniz. Müraciət edə biləcəyiniz təhsil proqramına bunlar daxildir: tibbi təhsil, mühəndislik, biznes və idarəetmə.

2. TRC Proqramı (Böyük Britaniya, ABŞ və Kanadada təhsil almaq üçün)
TRC kursunu bitirdikdən sonra, Macarıstan və Slovakiyadan başqa Böyük Britaniya, ABŞ və Kanadada da təhsil almaq imkanı əldə edəcəksiniz. Bununla da, Sizin daha çox ölkədə təhsil almaq şansınız olacaq. TRC kursunu uğurla keçdikdən sonra, Böyük Britaniya, ABŞ və Kanadadakı partnyor universitetlərə qəbulunuz imtahansız və avtomatik olacaq. Partnyor universitetlərin siyahısı ərizə formasına əlavə edilib. Partnyor universitetlərdəki təhsil proqramlarına mühəndislik, biznes, iqtisadiyyat və incəsənət daxildir.

3. Budapeştdəki Obuda Universiteti ilə əməkdaşlıq nəticəsində yeni proqram
Kollec 2014-2015 təhsil ilindən Obuda Universiteti üçün hazırlıq kurslarının tədris etmək üçün təyin edilib. Bizim DRC və ya TRC kurslarımızı keçənlər, bu universitetə qəbul oluna bilərlər.
Obuda Universiteti “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda yer alıb və aşağıdakı təhsil ixtisaslarını təklif edir:
- Informasiya texnologiyaları;
- Sənayə tərtibatı (Məhsul tərtibatı);
- Mekatronik;
- Elektrik mühəndisliyi.