Duna International College - Welcome!
Duna International College-in rəsmi nümayəndəliyinin veb-səhifəsinə xoş gəlmisiniz. Veb-saytı yaratmaqda məqsədimiz bu kollecin Budapeştdəki kampusunda təhsil almaq istəyən şəxslərə onun kampusu, hazırlıq proqramları, təhsil xərcləri və qəbul qaydaları haqqında məlumat verməkdir. Kollecdə təhsil almaq üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Universitetin rəsmi nümayəndəsi kimi bu təhsil müəssisəsinə qəbul qaydaları, ərizə formasının doldurulması, viza proseduru və digər Sizi maraqlandıran suallara cavab verməyə hazırıq.

Duna International College (Duna Beynəlxalq Kolleci) Avropanın mərkəzində yerləşən Macarıstanın paytaxtı Budapeşt şəhərində olan beynəlxalq kollecdir. Bu kollec ABŞ və Macarıstanın dövlət universitetlərinin yüksək səviyyəli müəllimləri tərəfindən yaradılıb və onların davamlı dəstəyi ilə fəaliyyət göstərir. Kollec əcnəbilərə gələcək təhsilləri üçün lazımi fənlər üzrə biliklər tədris edən hazırlıq kurslarını təklif edir. Kollecdə təhsil alan şəxslər həm ingilis dili biliklərini təkmilləşdirirlər, həm də gələcəkdə təhsil alacaqları istiqamət üzrə müvafiq biliklərə yiyələnirlər. Kollec təkcə əcnəbilərin universitetlərə qəbul imtahanlarının verilməsinə hazırlamır, həmçinin onların həyatında uğur və inkişafın bünövrəsinin düzgün qoyulmasını təmin edir. Bu Kollec tələbələrinin gələcək təhsilləri üçün hazırlığında və seçilmiş universitetlərə müraciət etib qəbul olmasında böyük uğurlara nail olub.

Kollecin üstünlükləri:
1. Kollec ABŞ və Macarıstan dövlət universitetlərinin yüksək səviyyəli müəllimləri ilə əməkdaşlıq nəticəsində fəaliyyət göstərir;
2. Bütün ingilis dili dərsləri ana dili ingilis dili olan müəllimlər tərəfindən keçilir;
3. Yüksək qiymətlərlə kursumuzu bitirənlər üçün bəzi ali məktəblərə qəbul imtahanından azad edilmə imkanı;
4. Hazırlıq proqramları Macarıstan dövlət universitetlərinin yüksək səviyyəli müəllimləri tərəfindən keçilir;
5. Peşəkar hazırlıq komandamızın Macarıstan dövlət universitetləri ilə birbaşa əlaqədə fəaliyyət göstərməsi;
6. Tibbi hazırlıq kurslarının tələbələri üçün universitet müəllimləri cərrahiyə otağında praktiki təcrübə;
7. Mühəndisliyə hazırlaşan tələbələr üçün laborator praktiki təcrübələrdə iştirak fürsəti;
8. Daim yenilənən və hərtərəfli hazırlıq proqramı;
9. Əsaslı hazırlıq saatları və interaktiv tədris sistemi;
10. Əlverişli və sərfəli qiymətə yataqxana və yerləşdirilmə xidmətləri;
11. Gün ərzində 24 saat ərzində tələbələrə tam xidmət və dəstək göstərilməsi;
12. Rəqabətyönümlü və münasib təhsil haqları;
13. Macarıstan, Slovakiya, Böyük Britaniya, ABŞ və Kanadada təhsil almaq üçün müxtəlif seçimlər;
14. Macarıstandakı bütün hazırlıq kursları arasında ən yüksək müvəffəqiyyət faizi və s.